Gürcüstanın Milli Bankının prezidenti Natia Turnava Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüşüb.
Natia Turnava Alexandro Hajdenberqin rəhbərliyi ilə missiyanın üzvlərini ölkənin pul siyasəti və maliyyə sabitliyi istiqamətində ölkədə mövcud vəziyyətlə tanış edib. Həmçinin, o, makroiqtisadi perspektivlərə və risklərə diqqət yetirib.
Cari missiyanın məqsədi Beynəlxalq Valyuta Fondu tərəfindən Gürcüstanda mövcud makroiqtisadi vəziyyəti, ölkənin fiskal və pul siyasətini müzakirə etməkdir.
Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşdə tərəflər texniki yardım istiqamətində gələcək əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Milli Bankda keçirilən görüşdə həmçinin Milli Bankın birinci vitse-prezidenti Ekaterine Mikabadze, vitse-prezidentlər Ekaterine Qaldava və Nino Celadze, BVF-nin Gürcüstandakı daimi nümayəndəsi Endriu Cuvel və Gürcüstanın Milli Bankının departament rəhbərləri iştirak edirdilər.