Natia Turnava – 2025-ci ildə 51 ölkə ilə sərbəst ticarət rejiminə sahib olmaq üçün gündəlik işləyirik
2025-ci ildə 51 ölkə ilə sərbəst ticarət rejiminə sahib olmaq üçün hər gün çalışırıq, – deyə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava iqtisadiyyatın uzunmüddətli inkişafına dair baxışın – “İqtisadiyyat – 2030 ” təqdimatında bəyan etdi.
Nazirin sözlərinə görə, hökumətin əsas prioriteti yerli istehsalın ixracı artıracaq və idxalı müxtəlif istiqamətlərdə əvəzləyəcək şəkildə inkişaf etdirməkdir.
“Yüksək iqtisadi böyüməni necə davam etdirəcəyik? Bu, yerli istehsalın və ixracatın inkişafıdır. Yerli istehsal, Gürcüstan biznesi iqtisadi inkişafımızın təməl daşıdır. Bazarımızı süni şəkildə genişləndirmək üçün əlimizdən gələni etdik. Bu gün Gürcüstanın 46 ölkə ilə sərbəst ticarət imkanları var. Bu, dünya istehlakçısının təqribən 30 faizidir. Gündəlik olaraq konkret ölkələrlə – İngiltərə, Cənubi Koreya, Fars körfəzi ölkələri, eləcə də Hindistan, ABŞ ilə iş aparılır ki, 2025-ci ildə 51 ölkə ilə sərbəst ticarət rejiminə sahib olaq və 2030-cu ildə – ən azı 57 ölkə ilə.
Bu dünya əhalisinin 72% olacaq. Nəticədə yerli istehsal qlobal miqyasda daha rəqabətli olacaq və bu da daxili bazarda bir çox istiqamətdə idxalı əvəz edəcəkdir. Əsas prioritetimiz yerli istehsalın ixracatı artıracaq və idxalı bir neçə istiqamətdə əvəzləyəcək şəkildə inkişaf etdirməkdir. Yerli istehsal iqtisadiyyatın təməl daşıdır”, – dedi Turnava.