Natia Mezvrişvili - Xüsusi ilə ağır cinayətlərin üstünü örtən şəxslərin cəzaları sərtləşdiriləcək
Natia Mezvrişvili - Xüsusi ilə ağır cinayətlərin üstünü örtən şəxslərin cəzaları sərtləşdiriləcək

Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvilinin bəyanatına görə, xüsusi ilə ağır cinayət törədən insanların cinayətlərinin üstünü örtməyə çalışan şəxslər də məsuliyyətə cəlb olunacaqlar və cəzaları sərtləşdiriləcək.

Jurnalistlərlə söhbət zamanı Natia Mezvrişvili “Cinayət Məcəlləsi”-nə daxil ediləcək dəyişikliklər haqqında danışdı.

Daxili İşlər Nazirinin müavininin qeyd etdiyinə görə, praktika göstərdi ki, son dövrdə ağır cinayəti törədənlərin cinayətlərinin üstünü örtbaz etmə halları çoxaldı.

 

“Xüsusi ilə ağır cinayətlərin üstünü örtən şəxslərə yetəri qədər sərt cəza veriləcək. Onlar da həbs ediləcəklər, çünki yeni qanun alternativ cəzayı nəzərdə tutumur. Bu cəmiyyət üçün bir növ mesajdır ki, gərəkdiyi halda, polislə əməkdaşlıq etsinlər” – dedi Natia Mezvirişvili.

Parlamentin insan hüquqlarının qorunması komitəsi qanun dəyişikliklərini bugün müzakirə edəcək.

Dəyişikliklərə əsasən, yanlış məlumat verməyə, yanlış ifadə verməyə görə, saxta ekspert qərarının verilməsinə və yanlış tərcüməyə görə, məsuliyyət sərtləşdiriləcək.