Natia Mezvrişvili - Gərəkdiyi halda, Zaza Saralidze də sorğulanacaq
Daxili İşlər Nazirini müavini Natia Mezvrişvilinin bəyanatına görə, əgər istintaq prosesində elə bir zərurət yaransa, Zaza Saralidze də sorğulanacaq.
Natia Mezvrişvilinin dediyinə görə, cinayət yerində olan çardağın sökülməsi haqqında məlumat yalandır, çünki o çardağı yerli əhali istədiyi üçün sökdü və buna heç bir yüksək vəzifəli şəxsin əli qarışmayıb.
“Daxili İşlər Nazirliyi intensiv istintaq aparır və hal-hazırda şahadların sorğulanması keçirilir. Müəyyən suallarımız ekspertiza nəticəsi ilə bağlı da mövcuddur.
Sorğulananlar arasında faktları dəyişdirən şəxslər aşkarlansa, onlar məsuliyyətə cəlb olunacaqlar.
Həmçinin, əgər belə bir zərurət yaransa, Zaza Saralidze də sorğulanacaq” dedi Natia Mezvrişvili.