Natia Mezvrişvili - Daxili İşlər Nazirliyinin qabağında duran Zaza Saralidzenin sağlamlıq vəziyyətini qoruyacağıq
Etiraz əlaməti olaraq, Daxili İşlər Nazirliyinin önündə duran Zaza Saralidzenin sağlamlığını qoruyacağıq, – bu barədə bəyanatı jurnalistlərə Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili verdi.
Onun dediyinə görə, DİN-in nümayəndələri Zaza Saralidze ilə daimi əlaqə saxlayırlar.
“Zaza Saralidzenin DİN binasının qabağında etiraz əlaməti olaraq, durması onun öz qərarıdır. Mərkəzi Kriminal Polis Departamentinin nümayəndələri ilə görüşdükdən sonra, o nazirliyin binasını tərk etmək istəmədi.
Biz isə, öz növbəmizdə, Zaza Saralidzenin Nazirliyin binasında etirazını bildirmək üçün şərait yaratmağa çalışacağıq və onun sağlamlıq vəziyyətini qoruyacağıq. Aparılan istintaqın gedişatı haqqında ona hər dəqiqə məlumat verilir” – dedi Natia Mezvrişvili.