Narkotikin satışı işi üzrə yaxalananların qətimkan tədbirinin seçilməsi barəsində məhkəmə müzakirə aparır
Tbilisinin gecə klublarında narkotiklərin qeyri qanuni alveri faktı üzrə yaxalanan səkkiz nəfərə qarşı qətimkan tədbirinin seçilməsi barəsində məhkəmə müzakirə aparır.
Hazırda hakim yaxalananları ittihamnamə ilə tanış edir.
Prokurorluq onlara qarşı həbs qətimkan tədbirinin seçilməsini tələb edir.
Prokurorluğun sübut etdiyinə görə işdə dörd əsas, narkotik vasitəsinin nəzarət alışını edən şahid var.
Hüquqmüdafiəçilər istintaqa etimadsızlıq bəyan edirlər və operativ materialların ekspertizasını tələb edirlər. Vəkillərin bəyanatına görə, yaxalananların heç birinin özü ilə narkotik vasitəsi yox idi.
İclasda yaxalananların ailə üzvləri iştirak edirlər.
Dİ Nazirliyi mayın 12-də “Basiani” və “Cafe Galery”-də narkotik alveri ittihamı ilə səkkiz nəəri yaxaladı.
DİN-də mayın 12-də keçirilən xüsusi brifinqdə müvafiq video materialı yaydılar.
İdarənin məlumatına görə, sübut olunmuş əsas mövcud idi ki, “Basiani” və “Cafe Galery”-nin narkotik alverçiləri ilə sıx əlaqələsi var.