Narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsinin idarəsi bu gündən cinayət məcəlləsi ilə cəzalandırılacaq
Narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsinin idarəsi bu gündən cinayət məcəlləsi ilə cəzalandırılacaq

Narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsinin idarəsi bu gündən cinayət məcəlləsi ilə cəzalandırılacaq.

Daxili İşlər Nazirliyində bəyan etdiklərinə görə, dəyişikliklərə uyğun olaraq, narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsinin idarəsinə görə, cərimə və ya 1 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulub.

“Qanunun icrası məqsədi ilə, Patrul Polisi Departamentinin əməkdaşları artıq müvafiq hazırlanmadan keçdilər. Bununla yanaşı departament, tamamilə alman portat narkotsterləri ilə təchiz olunub.

Narkotik vasitəsinin təsiri altında nəqliyyat vasitəsinin idarəsi Avropanın bir neçə ölkəsində cinayət məcəlləsi ilə cəzalandırılır – Fransada, Almaniyada, Hollandiyada, İtaliyada, Polşada, Portuqaliyada, Çexiyada, Xorvatiyada, Estoniyada, Rumıniyada, Finlandiyafa, İsveçdə və sair”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.