Narkotik maddələrinin internetlə realizasiyası faktı ilə bağlı Ukrayna vətəndaşı həbs edildi
Daxili İşlər Nazirliyi internet vasitəsi ilə narkotik maddələrinin realizasiyası faktı ilə bağlı, Tbilisidəki qəbristanlıqlardan birinin ərazisində Ukrayna vətəndaşını həbs etdi.
Faktın aşkarlanması ilə bağlı məlumatı, bugün keçirdiyi Brifində DİN-in Kriminal Polis Departamentinin təşkil edilmiş cinayətlərlə mübarizə idarəsinin rəhbəri Mamuka Çelidze verdi.
Onun dediyinə görə, istintaq nəticəsində, Tbilisidə, Politkovskaya küçəsindəki qəbristanlığın yaxınlığında, səkkiz paket narkotik maddələrin realizasiyası faktında, müvəqqəti olaraq, Gürcüstanda yaşayan Ukrayna vətəndaşı həbs edildi.
Qeyd olunan cinayət 6-dan 12-ilə qədər həbs cəzasını nəzərdə tutur.
İstintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxs narkotik maddələri internetlə, mobil aplikasiya vasitəsi ilə realizasiya edirdi.