Narkotik cinayəti ittihamı ilə Tbilisidə 4 nəfəri saxlayıblar
Narkotik cinayəti ittihamı ilə Tbilisidə 4 nəfəri saxlayıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsi və Detektivlər (operativ) Baş İdarəsinin Vake-Saburtalo, İsani-Samqori və Dzveli Tbilisi Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə 4 nəfəri saxlayıblar.

“Böyük və xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, işə keçirmək üçün hazırlanması və işə keçirmək üçün cəhd etmək ittihamı ilə saxlanılıblar: 1998-ci il təvəllüdlü T.E., 2007-ci il təvəllüdlü Belarus vətəndaşı Q.A. və keçmişdə mühakimə olunmuş daha iki şəxs – 2003-cü il təvəllüdlü T.C. və 1984-cü il təvəllüdlü K.T. Cinayətlər 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı, eləcə də istintaq eksperimenti zamanı onlar tərəfindən göstərilmiş yerlərdən satış üçün yerləşdirilmiş müxtəlif növ xüsusilə böyük miqdarda narkotik vasitələri, o cümlədən “Alfa PVP”, “Amfetamin” və “Metadon”u ələ keçiriblər” – DİN-də bildirirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 19-260 üçüncü, 18-260 üçüncü və 273-cü maddələri ilə aparılır.