Narkotik cinayəti ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə Latviya Respublikasının iki vətəndaşını saxlayıblar.
Xüsusilə böyük miqdarda narkotik vasitənin, eləcə də psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və işə keçirilməsinə cəhd ittihamı ilə 1979-cu il təvəllüdlü N.K. və 1978-ci il təvəllüdlü Q.Q. saxlanılıb.
Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərində axtarış zamanı maddi sübut kimi xüsusilə böyük miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlayıblar. O cümlədən, yarım kiloqramadək “kokain” və bir kiloqrama yaxın “ketamin”, “MDMA” və “mefedron” tərkibli maddələr.
İstintaq hərəkətləri nəticəsində polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar, elektron tərəzi, yapışqan lentlər və polietilenin kilidli kisələri götürülüb” – Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı 3-cü və 261-ci maddələri ilə aparılır.