Narkosiyasət islahatı (VİDEO)
Aptek narkomaniyası ölkə üçün hələ də əsas çağırışlardan biri olaraq qalır. Gürcüstanda narkosiyasətin radikal şəkildə dəyişdirilməsi üçün parlamentdə irəli sürülmüş qanunlayihə aptek narkomaniyası üzərində nəzarətin sərtləşməsini də nəzərdə tutur. Sanksiyalara baxmayaraq apteklərin çoxu psixotrop dərmanları hələ də reseptsiz satır. Qanunlayihəyə əsasən narkotikdən istifadə edən şəxs qanun qarşısında məsuliyyət daşımır, lakin bu fikir yenə də mübahisəlidir.