Nanuka Jorjoliani – Tina məndən ağıllıdır, təcrübəlidir, mənim bilmədiyimi bilir və mən isə onun bəlkə də sahib olmadığı bacarıqlara malikəm, ideal tərəfdaşlar ola bilərdik və təəssüf ki, işlər belə alınmadı
Tina məndən ağıllıdır, təcrübəlidir, mənim bilmədiyimi bilir və mən isə onun bəlkə də sahib olmadığı bacarıqlara malikəm, ideal tərəfdaşlar ola bilərdik və təəssüf ki, işlər belə alınmadı – bu haqda Nanuka Jorjoliani sosial şəbəkədə yazır.
O, özünü partiyada menecer hesab etdiyini deyib.
“Mişa üçün də, mənim üçün də Tinanın sədrliyi ilə mənim Vahid Milli Hərəkata inteqrasiya olunmağım ideal variant olardı. Artıq dediyim kimi, o, məndən ağıllıdır, təcrübəlidir, mənim bilmədiyimi bilir və mən isə onun bəlkə də sahib olmadığı bacarıqlara malikəm, ideal tərəfdaşlar ola bilərdik və təəssüf ki, işlər belə alınmadı.
Bu partiyanın əsas lideri var və o, Mixeil Saakaşvilidir, komanda və ümumi iş üçün çox çalışmış Xabe var. Əgər Xabe azadlıqda olsaydı, mənə “Milli Hərəkat”da ehtiyac belə yaranmazdı. İrakli Nadiradze əsirlikdədir, uduzulmuş müharibəyə daxil olmaqla, köləlikdənsə özünü qurban etməyi üstün tutdu.
Mən nə edə bilərəm?! Partiyaya Mişanın tempini, əsas prioritetin xalqın içində olmaq və siyasətin hamı üçün anlayışlı olduğu dövrün prioritetlərini qaytara bilərəm. Mən bu partiyada özümü menecer kimi görürəm. Bəlkə sədr belə də ola bilər. Bəlkə də artıq siyasətdə qalstuku boğaza qədər bərk sıxmağa ehtiyac yoxdur. Əgər partiya hazırda böhrandadırsa, bəlkə də ona böhran meneceri lazımdır.
Xarici arena çox vacibdir, buna səriştə və düzgün yanaşmalar, bilik və təcrübə lazımdır. Müvafiq olaraq, bu mövzunu təhvil alacaq insan bilikli və səriştəli olacaq; ona tam etimad və müstəqillik veriləcək. O, ölkə xaricində, mən isə ölkə daxilində olacağam. İndi isə ən əsası, bu partiyanı gənclər təhvil almalıdır. Veteranlar isə onların arxasında durub dəstək verəcəklər. Partiya yenilikləri böyük gözlənti ilə qarşılayır və bu günlərdə gördüyüm düzgün və işgüzar münasibətə görə onlara təşəkkür edirəm. Bu əsrdə ideya nə qədər çılğındırsa, bir o qədər effektiv işləyir, odur ki, bəlkə burda da işə yaradı” – Jorjoliani yazır.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün sosial şəbəkədə yazıb ki, “Milli Hərəkat”ın sədrliyinə namizədi Nanuka Jorjolianidir. “Milli Hərəkat”ın fəaliyyətdə olan sədri Tina Bokuçava Saakaşvilinin bəyanatına münasibət bildirib. Bokuçavanın sözlərinə əsasən, Saakaşvilinin paylaşımı onun üçün gözlənilməz və məyusedicidir. Bokuçava qeyd edib ki, “bizi bu gün olduğumuz yerə belə impulsiv və qeyri-ardıcıl qərarlar gətirib çıxardı”.