“NamaxvanSES”-ə qarşı çıxanların aksiyasında, aksiyanın təşkilatçılarından biri, Varlam Qoletiani bəyan etdi ki, saat 16:00-da Respublika Meydanından yürüş təşkil edəcəklər.
Qoletianin bəyan etdiyinə görə, yürüşün dayandırldığı yerdə, obların tələbləri barəsində bir daha bəyanatlar veriləcək.
Bununla yanaşı, Qoletiani Tbilisi əhalisini dəstəyə çağırdı.
“Saat 16:00-da Tabukaşvilini keçəsini keçərək, “Mşrali Xidi”-yə tərəf gedəcəyik. İrəlidə bir maşın gedəcək və üzərində müvafiq aparatura quraşdırılmış olacaq ki, bir-birimizlə kommunikasiya yaradaq. Dayandığımız və hərəkətin bağlandığı yerdə, ictimaiyyətə müraciət edəcəyik və mövqeyimizi qeyd edəcəyik, hərəkətlərimizin önşərti və əsası nədir. Bu isteriya fonunda müraciət etmək istəyirəm, xüusilə də paytaxtın əhalisinə, hakimiyyətin narativinə uymayaq. Bir-birimizə dəstək duraq. Biz xalqıq və birləşməyi bacarmalıyıq. Bizə heç cür simvolika lazım deyil, gürcü işini görək”, – Qoletiani bəyan etdi.