"NamaxvanHES"-ə qarşı çıxanlar aksiyanı bu gün Tbilisidə keçirəcəklər
“NamaxvanHES” tikintisinə qarşı çıxanlar aksiyanı bu gün Tbilisidə keçirəcəklər.
Etiraz aksiyasının iştirakçılar səhər Kutaisidə, İdman Sarayı qarşısında toplaşdılar və buradan maşınlarla Tbilisiyə doğru tərpənəcəklər.
Aksiya iştirakçıları Respuklika Meydanında saat 14:00-da toplaşacaqlar, nitqlə çıxışlar isə, saat 15:00-da başlayacaq.
Onların dediyinə görə, gürcü torpağının özgəninkiləşdirilməsinə yol verməyəcəklər və Tbilisidə tələblərinin yerinə yetirilməsinə qədər qalacaqlar.