Nakerala dağ keçidində yüngül avtomobillərin hərəkəti bərpa edilib – bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.
“Respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.