Nakerala dağ keçidində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Güclü qar yağmasına görə, daxili dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Qurumun məlumatına əsasən, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunduğu kimi, avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.