Nakerala dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Nakerala dağ keçidində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
“Mürəkkəb meteoroloji şərait (qar, çovğun, görmə məsafəsinin məhdudlaşması və qar uçqunu təhlükəsi) səbəbilə respublika əhəmiyyətli Kutaisi (Motsmeta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km- 57 km (Nakerala dağ keçidi) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır” – məlumatda qeyd olunub.