Nakerala dağ keçidi və Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti qadağan olunub
Mürəkkəb meteoroloji şəraitə, intensiv qar yağışı və çovğuna görə, respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 72 km (Nakerala dağ keçidi) və Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Bu haqda məlumatı Avtomobil Yolları Departamenti yayır.
Onların məlumatına əsasən, yolun eyni hissəsində digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.