Nakerala aşırımında yüngül avtomobillərin hərəkəti bərpa edilib

10:39, 07.02.2022

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilən məlumata görə, intensiv təmizləmə işləri nəticəsində Kutaisi-Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km62 (Nakerala aşırımı) hissəsində  yüngül avtomobillərin hərəkəti sərbəstdir.

Lakin qar və buzla əlaqədar həmin hissədə qoşqu və yarımqoşquların hərəkətinə qoyulan qadağa hələ də saxlanılır.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Oxşar