Naim Ğasemi – “Hizbullah” İsrail tərəfindən quru əməliyyatının başladılmasına hazırdır, İsrail məqsədlərinə çatmayacaq

14:47, 30.09.2024

 
“Hizbullah” İsrail tərəfindən quru əməliyyatının başladılmasına hazırdır, İsrail məqsədlərinə çatmayacaq – bu haqda Livanın “Hizbullah” qruplaşmasının rəhbərinin müavini Naim Ğasemi bildirib.

“Hizbullah”ın nümayəndəsi, qruplaşmanın mövcud mexanizmə uyğun olaraq ən qısa zamanda baş katibi seçəcəyini bildirir.

Naim Ğaseminin bəyanatına əsasən, İsrailin qüvvələri ABŞ-ın dəstəyi ilə dinc sakinləri qətlə yetirirlər.

“Hizbullah”ın təmsilçisi onu da qeyd edib ki, qruplaşma əsas məqsədlərini yerinə yetirməyə – Qəzzanı dəstəkləməyi, Livanı qorumağı və İsraillə qarşıdurmada 2006-cı ildə olduğu kimi qalib gəlməyə davam edəcək.

Eyni zamanda, İsrail mediası yazır ki, transsərhəd əməliyyatı çərçivəsində İsrailin Müdafiə Qüvvələrinin xüsusi təyinatlı bölmələri “Hizbullah”ın tunellərinə daxil olub.

Oxşar