Naqeralı aşırımı və Saçxere (Sareki)–Uzunta–Şkmeri–Zudali yolunda qoşqulu və yarımqoşqulu avtomobil nəqliyyatının hərəkəti qadağan edilib
Qar yağması səbəbindən daxili əhəmiyyətli Kutaisi (Motsameta)–Tkibuli–Ambrolauri avtomobil yolunun 39–60-cı kilometrləri (Naqeralı aşırımı) hissəsində, həmçinin Saçxere (Sareki)–Uzunta–Şkmeri–Zudali yolunda qoşqulu və yarımqoşqulu avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Qurumun bildirdiyinə görə, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.