Nadzaladevi Rayon İcra Hakimiyyəti – Hər kəsi özünün, eləcə də başqalarının sağlamlığına qarşı ehtiyatlı olmağa, meydanlarda və parklardakı infrastruktura zərər vurmamağa çağırırıq
İyunun 22-də Lotkin yaşayış məntəqəsində, Kişinyov küçəsindəki istirahət zonasında ehtiyatsız davranış nəticəsində attraksionun zədələnməsi faktı qeydə alınıb və bu səbəbdən yeniyetmələrdən biri bədən xəsarətləri alıb – bu haqda məlumatı Nadzaladevi Rayon İcra Hakimiyyəti yayır.
Bəyanatda qeyd edildiyi kimi, parkdakı möhkəm konstruksiya bütün standartlara əməl olunmaqla, yəni bərkidilmə üsulu ilə yerləşdirilmişdi və orada olanlar üçün heç bir təhlükə yaratmırdı.
“Şahidlərin sözlərinə əsasən, attraksiondan bir neçə yeniyetmə istifadə edirmiş, onlar konstruksiyaya zərər vurublar və düşən attraksion qarşı tərəfdə əyləşən yeniyetmənin üzərinə aşıb. Uşağın həyatı üçün təhlükə yoxdur, lakin o, ağır xəsarətlər alıb. Nadzaladevi Rayon İcra Hakimiyyəti ailə ilə daim təmasdadır və onlara müvafiq yardım göstərilib. İş üzrə istintaq aparılır və bütün mümkün suallara cavab verməlidir. Hər kəsi özünün, eləcə də başqalarının sağlamlığına qarşı ehtiyatlı olmağa, meydanlarda və parklardakı infrastruktura zərər vurmamağa və ətrafdakılar üçün təhlükə yaratmamağa çağırırıq” – Nadzaladevi Rayon İcra Hakimiyyətinin məlumatında deyilir.