N344 nömrəli avtobus marşrutunun hərəkət sxemi “Vağzal meydanı”na qədər uzadılıb və xəttə altı ədəd 12 metrlik avtobus əlavə edilib
Paytaxtda ictimai nəqliyyatla gediş-gəlişin yaxşılaşdırılması məqsədilə daha bir avtobus marşrutunda dəyişiklik edilib. Bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, bu dəyişiklik yerli sakinlər üçün mühüm əhəmiyyət daşıyır. Məqsəd Zemo Foniçala ərazisindən sakinlərin Vağzal meydanının mərkəzi nəqliyyat qovşağına daha rahat və komfortlu şəkildə çatmasını təmin etməkdir.
“Zemo Foniçaladan Ortaçala istiqaməti ilə Barataşvili küçəsinə qədər sərnişinlərə xidmət göstərən N344 nömrəli marşruta altı ədəd 12 metrlik avtobus əlavə olunub. Həmçinin marşrut Kote Afxazi küçəsindən Rustaveli prospekti, Marjanishvili küçəsi, David Ağmaşenebeli və Tamar Mepe prospektləri ilə uzadılaraq Vağzal meydanına qədər davam etdirilib”, – deyə Kaxa Kaladze bildirib.
Merin sözlərinə görə, bu cür dəyişikliklər gözləmə vaxtının azalmasına və daha çox sərnişinə xidmət göstərilməsinə imkan yaradır.
“Biz hər gün ictimai nəqliyyatın hərəkətini izləyirik, hansı istiqamətlərdə çətinliklərin olduğunu, hansı marşrutların təkmilləşdirilməsinə və ya əlavə nəqliyyat vasitələrinə ehtiyac yarandığını müəyyən edirik. Buna uyğun olaraq, Tbilisi meriyasının Nəqliyyat və Şəhər İnkişafı Agentliyi ictimai nəqliyyat marşrutlarının optimallaşdırılması işlərini davam etdirir”, – deyə Kaxa Kaladze qeyd edib.