“Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin işi üzrə qərar avqustun 6-da elan olunacaq. Bu haqda qərarı hakim Nino Saxelaşvili verib.
Mzia Amağlobeli Batumi Şəhər Məhkəməsində son sözlə çıxış edib və məsuliyyətdən yayınmayacağını deyib.
“Həbs olunduğum ilk gündən bu məhkəmə zalında dəfələrlə aydın şəkildə bildirmişəm ki, dırnaqarası zərərçəkmiş Dqebuadzedən fərqli olaraq məsuliyyətdən yayınmıram. Qanunda mənim əməlim – sillə vurmaq üçün adekvat maddə var. Xahiş edirəm, qadın olduğumu nəzərə almayın. Sağlamlıq vəziyyətini belə nəzərə almayın. Dəlillər belə kifayətdir.
Mən tez-tez sol tərəfdə medianın və jurnalistlərin hüquqları üzərində işləyən səfirlikləri, təşkilatları görürəm. Onların burada olmasını mənə şəxsi dəstək kimi qəbul etmirəm. Onlar gələcəyimizi, dəyərlərimizi, Avropa gələcəyini və azad sözü dəstəkləmək üçün buradadırlar. Onların burada olması o deməkdir ki, biz tək deyilik və diktaturaya doğru gedən rejimlə mübarizədə bizim yanımızdadırlar. Gürcüstanın dostlarına minnətdaram.
Həmkarlarıma, jurnalistlərə, tənqidi mediada çalışan bütün şəxslərə, vətəndaş sektoruna və müqavimət qrupunu təmsil edən azadlıq uğrunda mübarizə aparan bütün vətəndaşlara minnətdaram.
Üzr də istəməliyəm. Ailəmə, dostlarıma, “Batumelebi” və “Netgazeti” komandasına demək istəyirəm ki, ən çətin və vacib anda yanınızda olmadığım üçün çox məyusam. Nə qərar versəniz də, bilmənizi istəyirəm ki, özümü qalib hesab edirəm. Sınmayın! Mən sizə inanıram. İnanıram ki, nə qədər düşməncəsinə və təhlükəli mühitdə olsanız da, bütün addımlarınız layiqli olacaq. Fikir və söz azadlığının müdafiəsinə yönəlmiş. Rejimin bütün əsirlərinə azadlıq. Biz cinayətkar deyilik” – Mzia Amağlobeli bildirib.
Amağlobeli ilə həmrəylik əlaməti olaraq Amağlobelinin həmkarları, dostları və tərəfdarları Batumi Şəhər Məhkəməsinin xarici perimetrində toplaşıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə, Baş Polis İdarəsi yaxınlığında aksiya zamanı Mzia Amağlobelini əvvəlcə yanvarın 11-də inzibati qaydada saxlayıblar, sonra imza əsasında sərbəst buraxıblar, daha sonra isə yenidən Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə saxlayıblar, bu da polisə hücum deməkdir və 4 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.