Mzia Amağlobelinin azadlığa buraxılması tələbi ilə Hökumət Administrasiyası yaxınlığında aksiya keçirilir
Mzia Amağlobelinin azadlığa buraxılması tələbi ilə Hökumət Administrasiyası yaxınlığında aksiya keçirilir

 
“Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin azadlığa buraxılması tələbi ilə Tbilisidə də aksiya keçirilir. Müxtəlif media vasitələrinin nümayəndələri Hökumət Administrasiyası yaxınlığına toplaşıblar və Mzia Amağlobelinin həbsinin əsassız olduğunu bildirirlər.

Jurnalistlərin qeyd etdiyi kimi, tələblərini nazirlərə çatdırmaq üçün aksiyanı hökumətin iclası ilə eyni zamanda planlaşdırıblar.

Həmçinin, media vasitələrinin nümayəndələri Hökumət Administrasiyası yaxınlığında “Mziaya azadlıq!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndirirlər.