Mzia Amağlobeli - Mən ittihamla razı deyiləm, özümü qanunsuz məhbus hesab edirəm
Mən ittihamla razı deyiləm, özümü qanunsuz məhbus hesab edirəm – bu haqda “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin məhkəmə zalından yaydığı məktubunda deyilir.
Mzia Amağlobelinin qeyd etdiyi kimi, o, günahsız olduğunu sübut edə biləcəyinə inanır.
“Xeyr və mən ittihamla razı deyiləm. Mən özümü qanunsuz məhbus hesab edirəm. Xoşbəxtlikdən, diktatura son nəticədə vətənimizdə möhkəmlənə bilmədi. Bu səbəbdən mən də, vicdan məhbusları da günahsız olduğumuzu sübut edə biləcəyimizə inanıram” – Mzia Amağlobelinin məktubunda deyilir.
Batuminin Şəhər Məhkəməsində Mzia Amağlobelinin məhkəmə prosesi davam edir. Prosesdə Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri və müxtəlif ölkələrin səfirliklərin nümayəndələri iştirak edirlər.