“Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobeli aclıq aksiyasını dayandırır – bu haqda “Batumelebi”nin redaktoru Eter Turadzenin jurnalistlərə “Vivamed” klinikası yaxınlığında təqdim etdiyi Mzia Amağlobelinin məktubunda qeyd olunub.
“Batumidə “Arzular şəhəri”ndə baş vermiş faciə, iki azyaşlı uşağın çuxura düşərək ölməsi fonunda ictimaiyyətin sağlamlığım və həyatımla bağlı narahatlığını eşitmək mənim üçün inanılmaz dərəcədə ağırdır. Bu günlərdə həkimlərin köməyi ilə birtəhər qidalanmamı bərpa etməyə çalışacağam. Vicdan məhbusları Temur Katamadzeyə və Nikoloz Cavaxişviliyə həmrəyliyə görə təşəkkür edirəm. Onlardan da xahiş edirəm, aclıq aksiyasını dayandırsınlar. Mən həmfikirlərim, həmkarlarım, dostlarım və ailəmə qarşı xüsusi məsuliyyət hiss edirəm. İstəmirəm aclığım sizi zəiflətsin. Siz mənim yerimə də mübarizə aparmalısınız” – Mzia Amağlobelinin məktubunda qeyd olunub.
Batuminin Şəhər Məhkəməsi polisə hücum ittihamı ilə saxlanılan Mzia Amağlobeli barəsində yanvarın 14-də həbs qətimkan tədbiri seçib. Mzia Amağlobeli aclıq aksiyasının 38-ci günündə onu dayandırmaq qərarını verib. Amağlobeli hazırda “Vivamed” klinikasındadır.