Myway Airlines aviaşirkəti Polşa istiqamətinə çarter uçuşlarını həyata keçirəcək
Myway Airlines aviaşirkəti Polşa istiqamətinə çarter uçuşlarını həyata keçirəcək

Myway Airlines gürcü aviaşirkəti Polşa istiqamətinə çarter uçuşlarını həyata keçirəcək. Müntəzəm uçuşlar Tbilisi-Varşava-Tbilisi hava xəttində cari ilin 14 avqustundan yerinə yetiriləcək.

Gürcüstan Mülki Aviasiya Agentliyinin məlumatına görə, Myway Airlines aviaşirkəti tərəfindən təqdim olunan uçuş ərizəsinə müvafiq olaraq, reyslər Tbilisi və Varşava arasıbda 14 avqustdab 4 sentyabr da daxil olmaqla, həftədə bir tezlikdə (şənbə), eləcə də əlav uçuşlar 23 avqustda, Boeing 737 tipli hava gəmisi ilə həyata keçiriləcək.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi tərəfindən şirkətə qeyd olunan istiqamətlə uçuşların həyata keçirilməsinə icazə 12 avqistda verildi.