Myanmardaki qarşıdurmaya görə, 4 000 insan yaşayış yerlərini tərk etməli oldu
Myanmarın şərqində, Kaçin ştatında, üsyançılar və hərbi qüvvələr arasında baş verən silahlı qarşıdurma nəticəsində, 4000-dən artıq insan yaşayış yerini tərk etdi.
BMT-nin humanitar koordinasiya ofisində bəyan edirlər ki, bu insanların arasında yüzlərlə uşaq və hamilə qadın var, hansılarına təhlükəsizlik qarantiyası lazımdır.
“Bu insanların taleyi bizi çox narahat edir. Orada olan uşaqlar və hamilə qadınlar elementar yaşayış yeri və qida ilə təmin edilməlidirlər” – dedi BMT-nin humanitar koordinasiya ofisinin nümayəndəsi Mark Kuts.
Kaçin Ştatında, harda əhalinin əksəriyyəti xristiandır, üsyançılar mərkəzi iqtidara qarşı illərdir mübarizə aparırlar.
Atəşkəs haqqında müqavilə 2011-ci ildə pozuldu və ondan sonra, qeyd olunan avtonomiyayı minlərlə insan tərk etdi.