Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfəri keçib
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfəri keçib.
Bu barədə “BBC” yazır.
Son məlumatlara əsasən, 4521 nəfər xəsarət alıb, 441 nəfər isə itkin düşmüş hesab olunur, axtarış-xilasetmə işləri indiyədək davam edir.
Myanmada ölənlərin sayının 3 000-i keçəcəyini ehtimal edirlər.
Myanmada dağıdıcı zəlzələdən sonra bir həftəlik matəm elan edilib.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mandailay şəhərindən təxminən 17 kilometr aralıda olub. Yeraltı təkanlar Tailand və Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunub.