Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 3354-ə yüksəlib

14:05, 05.04.2025

 

 

Myanmada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3354-ə yüksəlib.

Son məlumatlara görə, zəlzələ nəticəsində 4850 nəfər xəsarət alıb, 220 nəfər isə itkin düşmüş hesab olunur.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisi bəyan edib ki, Myanmanın hərbi xuntası zəlzələ nəticəsində zərər çəkmiş bölgələrə humanitar yardımın çatdırılmasını məhdudlaşdırır.

Martın 28-də Myanmada iki güclü zəlzələ baş verib. Amerikanın Geoloji Xidmətinin qiymətləndirməsinə əsasən, birinci zəlzələnin gücü 7.7, ikinci zəlzələnin gücü isə 6.4 maqnituda təşkil edib.

Oxşar