Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 3 000-i keçib, yüzlərlə insan itkin düşmüş hesab olunur
Myanmada zəlzələ nəticəsində həlak olanların sayı 3085-ə yüksəlib, 4715 nəfər yaralanıb və 341 nəfər itkin düşmüş hesab olunur.
Yerli medianın məlumatına əsasən, Myanmada axtarış-xilasetmə işləri indiyə qədər davam edir.
Eyni zamanda, meteoroloqlar mövsümi olmayan yağışlarla bağlı xəbərdarlıq ediblər, bu da ola bilsin, vəziyyəti daha da çətinləşdirsin.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mandailay şəhərindən təxminən 17 kilometr aralıda olub. Yeraltı təkanlar Tailand və Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunurdu.