Myanmada zəlzələ nəticəsində azı 144 nəfər həlak olub, 732 nəfər yaralanıb
Myanmada 7,7 bal gücündə zəlzələ nəticəsində azı 144 nəfər həlak olub, 732 nəfər yaralanıb. Məlumatı ölkənin silahlı qüvvələrinin rəhbəri Min Aunq Hlainq yayır.
Hlainq qurbanların və yaralıların sayının artacağını gözlədiklərini bildirib. Mövcud məlumata əsasən, dünyasını dəyişənlərdən 96-sı Naipiidoda, 18-i Sikaində, 30-u isə Mandaleidə ölüb.
Ölkənin altı bölgəsində fövqəladə vəziyyət elan edilib.
Məlumat üçün bildirək ki, Myanmada 7,7 bal gücündə zəlzələ martın 28-də səhər saatlarında baş verib. Zəlzələnin episentri Mandailai şəhərindən təxminən 17 kilometr aralıda olub. Yeraltı təkanlar Tailand və Çinin cənub-qərbindəki Yunnan əyalətində də hiss olunub.