Myanmada Buddist festivalına paraplanla bombalar atıblar, ən azı 24 nəfər həlak olub

13:25, 08.10.2025

 

Myanmada Buddist festivalına paraplanla bombalar atıblar, ən azı 24 nəfər həlak olub, 47 nəfər yaralanıb. Bu haqda məlumatı “BBC” yayır.

Yayılmış məlumata əsasən, Saqainq bölgəsində festival ilə yanaşı, Myanma­nın silahlı hökumətinə qarşı etiraz aksiyası da keçirilirdi, bu zaman silahlı qüvvələrin tərəfdarları iki bomba atıblar.

Saqainq bölgəsi əsasən müqavimət qruplaşmaları “Xalq Müdafiə Qüvvələri” tərəfindən idarə olunur və 2021-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxırlar.

Oxşar