Muzdlu işçilərə iyul ayında 200 larilik  təzminatı verildi
Muzdlu işçilərə iyul ayında 200 larilik təzminatı verildi

Məşğulluğun Təşviqi Dövlət Agentliyindən verilən məlumata görə, pandemiyanın ikinci dalğası nəticəsində işini itirən vətəndaşlara ünvanlı, böhran əleyhinə kompensasiyalar verilməyə davam edir. Bu kompensasiya yalnız işsiz qalan Gürcüstan vətəndaşlarına şamil olunur.

Agentliyin məlumatına görə, bu gündən etibarən iyul ayı üçün 200 larilik yardım 22.789 nəfərə ümumilikdə 4.557.800 larilik məbləğ köçürüldü.

Cari ilin yanvar ayı ərzində kompensasiya 106.389 nəfərə 21.277.800 larilik məbləğ köçürüldü; Fevral – 28.058.800 larilik məbləğ 140.029 nəfərə; Mart – 26 136 600 larilik məbləğ 130 683 nəfərə. May ayına gəldikdə – 21 817 200 lari məbləğində 109 086 nəfər və iyun ayında 200 larilik yardım 20 533 000 lari məbləğində 102 665 nəfərə köçürüldü.

Gürcüstan hökumətinin böhran əleyhinə iqtisadi planının bir hissəsi olaraq, 2021-ci ilin yanvarından işsiz qalan şəxslərə altı ay ərzində 200 lari aylıq yardım veriləcək. 200 larilik təzminatının verilməsi prosesi avqust ayında başa çatacaq.

Bununla birlikdə, yanvar-fevral aylarında qeydiyyatdan keçən işəgötürənlərin təzminat müddəti altı ayın sonuna qədər uzadılacaq.