Muşevani kəndində koronavirusa yoluxan səkkiz şəxsi müalicə üçün klinikaya apardılar
Muşevani kəndində koronavirusa yoluxan səkkiz şəxsi müalicə üçün klinikaya apardılar

Bolnisi munisipalitetinin Muşevani kəndində dünən gecə və səhər alınan laboratoriya nəticələri ilə koronavirusu təsdiq olunan səkkiz nəfəri müalicə üçün klinikaya apardılar.

Mövcud məlumatla, virusa yoluxanları Boçorişvili adına klinikaya yerləşdirdilər.

Muşevani kəndi klasteri ilə bu vaxt üçün 54 təsdiq olunmuş hal əlaqədardır. Qəsəbədə 25 apreldən sonra sərt karantindir.

“Bu iki gün ərzində alınan testlərdən müsbət səkkiz haldır, hər səkkizi Muşevani kəndinə məxsusdur, onların hamısı xüsusi müalicə müəssisəsinə yeləşdirilib. Bu günki mövcud duruma gəldikdə, kontaktlar araşdırılıblar, yoxlanılacaqlar, kimə test edilibb kimə yox. Əgər kimsə qalıbsa onun yoxlanılması baş verəcək”, – Bolnisi İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Maka Mamardaşvili bəyan etdi.

Bununla yanaşı, elə onun dediyinə görə, bu gün analizlər Bolnisi və Raçisubanidən götürülür.

Bolnisidə koronavirusun 160 halı qeydə alınır, buradan 66 pasiyent sağalıb, üç nəfər isə, vəfat edib.