Müsəlman dünyası Qurban bayramını qeyd edir

Müsəlman dünyası İslam dünyasının ən böyük bayramlarından biri olan Qurban bayramını qeyd edir.

Qurban bayramı Ramazan ayının 70-ci günündə qeyd olunur. Qurban bayramı günü kişilər gün çıxmadan namaz qılırlar. Bayram namazı 06: 00-da Tbilisi məscidində də başladı.

Qurban kəsmək, bayramın ayrılmaz bir hissəsidir. Heyvanın əti üçə bölünür, biri möhtaclara, biri inancından və əqidəsindən asılı olmayaraq qonşulara paylanır və biri ailədə qalır.

“Qurban Bayramı həm milli, həm də ictimai məqsədlər baxımından dünyanın ən vacib bayramlardan biridir. Bu, Allaha yaxınlaşmağın, insanlarla bölüşməyin bir yoludur. Namazlar Gürcüstanın hər yerində qılınır. Namazdan sonra qurbanlıqların kəsilməsi başlayacaq, heyvanlar kəsiləcək və sonra ət ehtiyaclı ailələrə paylanacaq. Bu bir tərəfdən sosial dəstəkdir. Bu gün həm qərbi, həm də şərqi Gürcüstanda təxminən 8000 ailəyə ətlə kömək edəcəyik. Həm Gürcüstanı, həm də dünya müsəlmanlarını bu dəyərli bayram münasibətilə təbrik edirəm” , – dedi Şərqi Gürcüstan Müftisi Etibar Eminov.

Ən böyük müsəlman bayramı üç gün davam edəcək.