Müşahidəçi Xuan Efrain Roça – Bu gün demokratik prosesi gördüm, hər şey maneəsiz və təşkilatlanmış şəkildə gedir
“Bu gün demokratik prosesi gördüm, hər şey maneəsiz və təşkilatlanmış şəkildə gedir,” – bunu Macarıstandan beynəlxalq müşahidəçi Xuan Efrain Roça bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində insanlar mehriban idi və bir-birinə seçki texnologiyalarını daha yaxşı öyrənməkdə kömək edirdilər.
“Deyə bilərəm ki, bu gün çox yaxşı demokratik prosesi gördüm, hər şey yaxşı təşkil olunub. Mehriban əməkdaşlar vətəndaşlara öz seçimlərini gizli şəkildə ifadə etməkdə kömək edirlər. Hər şey maneəsiz, təşkilatlanmış şəkildə gedir. Seçki məntəqələrində insanlar çox mehribandır. Hamı seçicilərə yeni texnologiyanı daha yaxşı tanımaqda kömək edir. Bu gün Tbilisidə və indi Zuqdididə gördüklərim hamısı demokratik formada baş verir. Mən razı qaldım və düşünürəm ki, bu, Gürcüstan üçün çox yaxşıdır,” – deyə Roça bildirib.