Müşahidəçi Mark-Fransis Luis Qairin - Səsvermə prosesi mənim üçün çox etibarlıdır, bu vaxt üçün heç bir problem görməmişəm
Səsvermə prosesi mənim üçün çox etibarlıdır, bu vaxt üçün heç bir problem görməmişəm – bu barədə Fransadan olan beynəlxalq müşahidəçi, Momi şəhərinin meri Mark-Fransis Luis Qairin deyib.
O bildirib ki, hər seçki məntəqəsində ən azı on müşahidəçi var.
“Hər seçki məntəqəsində ən azı on müşahidəçi var. Onları asanlıqla tanımaq olur, çünki onlar yaşıl jilet geyiniblər. Səsvermə prosesi mənim üçün çox etibarlıdır. Bu vaxt üçün heç bir problem görməmişəm” – Qairin qeyd edib.