Müşahidəçi Barbara Silvia Hegeduș – Səsvermə prosesi şəffaf idi, sakit mühitdə keçirildi, bu müasir prosesin şahidi olduğumuz üçün məmnunuq
Müşahidəçi Barbara Silvia Hegeduș – Səsvermə prosesi şəffaf idi, sakit mühitdə keçirildi, bu müasir prosesin şahidi olduğumuz üçün məmnunuq

“Səsvermə prosesi şəffaf idi, sakit mühitdə keçirildi, bu müasir prosesin şahidi olduğumuz üçün məmnunuq,” – bunu Macarıstandan beynəlxalq müşahidəçi Barbara Silvia Hegeduș bəyan edib.

Onun sözlərinə görə, seçki prosesi yaxşı təşkil olunmuşdu.

“Düşünürəm ki, seçki prosesinin şəffaflığını sınaqdan keçirmək çox vacib idi. O, yaxşı təşkil olunmuşdu. Gördük ki, texnoloji baxımdan müasir idi. Məncə, bizim üçün çox yaxşı təcrübə oldu ki, müxtəlif seçki məntəqələrinə, şəhərlərə və rayonlara gedib müşahidə edə bildik.

Seçki məntəqələrində bizdə personal ilə söhbət etmək imkanı var idi. Təcrübəmizə görə, onlar seçki prosesində fəal iştirak etmək üçün səy göstərirdilər. Hesab edirəm ki, öz gələcəklərinin formalaşmasında iştirak etmək istəyinin olması çox önəmlidir. Onlar üçün şəhər və regional səviyyədə öz nümayəndələrinin seçilməsi mühüm idi. Ümumilikdə, bizim təcrübəmiz belə oldu ki, səsvermə prosesi şəffaf idi. Sakit şəraitdə keçirildi və biz burada olduğumuz, bu müasir prosesin şahidi olduğumuz üçün çox məmnunuq,” – deyə Hegeduș bildirib.

Bundan əlavə, başqa bir beynəlxalq müşahidəçi də bəyan edib ki, seçki prosesi sakit şəraitdə keçdi.

“İlk növbədə bildirmək istəyirəm ki, gürcü xalqı həqiqətən də çox mehribandır. Biz səsvermə prosesini bütün gün ərzində izlədik. Mən şəxsən bir çox seçki məntəqəsini ziyarət etdim və demək istəyirəm ki, hər şey sakit şəkildə, qaydasında baş verdi. Hər birimiz üçün kifayət qədər uzun gün oldu, amma biz bütün detalları müşahidə etdik, çünki tam şəffaflıq üçün böyük maraq var. Gürcü xalqına, Gürcüstana ən yaxşısını arzulayıram, qalibə isə uğurlar diləyirəm,” – müşahidəçi vurğulayıb.