Murtaz Zodelava, Laşa Beridze və 4 oktyabr işi üzrə məhkum olunmuş daha iki şəxslə iki həftə ərzində prosessual razılaşma bağlanacaq
Strateji və xüsusi əhəmiyyətə malik obyektin ələ keçirilməsinə cəhd, qrup halında zorakılığın təşkili, rəhbərlik edilməsi və zorakılıqda iştirak, eləcə də Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə açıq çağırış faktları üzrə məhkum olunmuş Murtaz Zodelava və Laşa Beridze ilə prosessual razılaşma bağlanıb.
Məhkəmə onların işini ayrıca icraata ayırıb.
Murtaz Zodelava və Laşa Beridze ilə bağlı prosessual razılaşma imzalanıb və iki həftə ərzində bağlanacaq.
Prosessual razılaşmanın şərtlərinə əsasən, onlar bir il bir ay həbs cəzasına və iki il şərti cəzaya məhkum ediləcəklər.
Müvafiq olaraq, Murtaz Zodelava və Laşa Beridze bir neçə həftəyə, noyabrın 5-də həbsxananı tərk edəcəklər.
Murtaz Zodelava və Laşa Beridze prosessual razılaşmanın bağlanması arzusunu özləri ifadə ediblər.
Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə Murtaz Zodelava və Laşa Beridzenin hər birinə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.
Bununla yanaşı, 4 oktyabr işi üzrə daha iki məhkum – Quri Jvania və İrakli Çxvirkvia ilə prosessual razılaşma bağlanacaq.
Quri Jvaniaya Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülmüşdü, bu da qrup şəklində zorakılıqda iştirak etməyi nəzərdə tutur.
İrakli Çxvirkviaya gəlincə, ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə irəli sürülmüşdü, bu da qrup tərəfindən törədilən strateji və xüsusi əhəmiyyətə malik obyektləri ələ keçirmək və bloklamaq cəhdi deməkdir. Ona qarşı həmçinin Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.
İrakli Çxvirkvia və Quri Jvanianın hər biri 5 il həbs cəzasına məhkum ediliblər.