Mürəkkəb meteoroloji şəraitlə əlaqədar avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, bütün ölkə miqyasında bir neçə gündür yağan intensiv qar səbəbindən beynəlxalq avtomobil yollarının və respublika əhəmiyyətli avtomobil yollarının təmizlənməsi üçün xüsusi texnika səfərbər edilib, yollar intensiv şəkildə qardan təmizlənir və texniki duz səpilir.
Avtomobil Yolları Departamentinin məlumatına əsasən, qar uçqunu təhlükəsi, güclü qar yağması və mürəkkəb meteoroloji şəraitlə əlaqədar avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyat üçün xüsusi hərəkət rejimləri tətbiq edilib.
“Hazırda güclü qar yağması və temperaturun aşağı olması ilə əlaqədar qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb : Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 42 km – 180 km (Ağaiani nəqliyyat qovşağı – Zestaponi nəqliyyat qovşağı) hissəsində, Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunda, Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunda, Senaki-Poti (Asaktsevi)-Sarpi avtomobil yolunun 48 km – 119 km (Qriqoleti-Sarpi) hissəsində, Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda, Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində, Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 30 km -184 km (Cvari-Uşquli) hissəsində.
Güclü qar yağması ilə əlaqədar yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir: Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 68 km -106 km (Ciatura-Zestaponi) hissəsində, Kutaisi (Tsğaltubonun döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 88 km – 124 km (Lentexi-Mele) hissəsində, Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 86 km -106 km (Paksadzeebi kəndi-Qoderdzi kurortu ) hissəsində, Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti və Zestaponi-Kitsxi-Xaraqauli avtomobil yollarında və burada yüngül avtomobillərin hərəkətinə yalnız sürüşməyə qarşı zəncirlərlə icazə verilir.
Güclü qar yağması, yolun buz bağlaması, qar uçqunu təhlükəsi və mürəkkəb meteoroloji şəraitlə əlaqədar bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb: Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94 km – 110 km (Paravani dağ keçidi) hissəsində, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunun 2 km – 28 km hissəsində, Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 185 km-192 km (Uşquli-Lasdili) hissəsində, Kutaisi (Tsğaltubonun döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 125 km – 151 km (Mele-Lasdili) hissəsində.
Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib və bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Avtomobil Yolları Departamenti beynəlxalq və respublika əhəmiyyətli yolların təmizlənməsini davamlı olaraq davam etdirir. Ölkə ərazisində intensiv qar yağmasını nəzərə alaraq, çox zərurət olmadıqca səyahətdən çəkinin. Bundan əlavə, xahiş edirik, mövsümə uyğun təkərləri və saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə səyahət edin və yol hərəkəti qaydalarına əməl edin” – məlumatda qeyd olunub.