Müntəzəm uçuşlar 1 fevraldan etibarən bərpa olunacaq
Birinci fevraldan etibarən müntəzəm uçuşlardakı məhdudiyyətin qaldırılmasını, yəni müntəzəm uçuşlara icazə verilməsini mümkün hesab etdik, – bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Koordinasiya Şurasının iclasından sonra bəyan etdi.
Natia Turnavanın da qeyd etdiyi kimi, Koordinasiya Şurası müəssisələr üçün nöqtəvi məhdudiyyətlərinin yüngülləşdirilməsini müzakirə etdi.
“Uçuşlar haqqında danışmaq istəyirəm, çünki bu da inkişafımız, o cümlədən turizmin inkişafı üçün çox vacib bir elementdir. Daha əvvəl də dediyimiz kimi 1 fevraldan etibarən müntəzəm uçuş məhdudiyyətlərinin qaldırılmasını, yəni müntəzəm uçuşlara icazə verilməsini mümkün saydıq, bu da Gürcüstanda hələ də fəaliyyət göstərən bütün aviaşirkətlərin, eləcə də Gürcüstana daxil olmaq istəyən yeni aviaşirkətlərin müntəzəm uçuşlarını cədvəlləşdirə və həyata keçirə biləcəyi deməkdir. Əlbəttə ki, bu, bütün tibbi protokollara və təhlükəsizlik qaydalarına uyğun olaraq ediləcək. Dünyadakı bir çox hava yolu şirkəti bunu artıq edir, buna görə əlavə təhlükə yaratmayacaq” dedi Turnava.
Onun sözlərinə görə, ölkəyə müxtəlif qonaqlar üçün giriş rejiminin necə asanlaşdırılması barədə müzakirələr aparılır.