Munitsipal İnkişaf Fondu qaçqınlar üçün ev tikintisinə başlayır

15:02, 01.11.2018

 

Munitsipal İnkişaf Fondu qaçqınlar üçün ev tikintisinə başlayır, fond bununla bağlı açıq qapı günü keçirdi və tikinti şirkətlərinə elan olunacaq tenderləri əvvəlcədən təqdim etdi.

Fond ən yaxın günlərdə Zuqdidi və Tsğaltuboda yaşayır evlərinin tikintiis barədə tender elan edəcək.

Açıq qapı günündə Regional İnkişaf və İnfrastruktur naziri Maia Tskitişvili, Gürcüstanın İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, peşə, sağlamlıq və sosial müdafiə nazizri Davit Serqeenko və Munitsipal İnkişaf Fondunun direktoru Qiorqi Şenqeliya iştirak edirdilər.

Munitsipal İnkişaf Fondunun məqsədidir ki, tender prosedurları daha şəffaf və effektli şəkildə keçirilsin. Maraqlanan şirkətlərə imkan veriləcək ki, tenderin elan olunmasından əvvəl layihə ilə tanış olsunlar, daha yaxşı hazırlansınlar və konkret mühitdə bərabər imkanlar yaradılsın.

 

Oxşar