Münhendə avtomobil vətəndaş qrupuna çırpılıb, 15 nəfər xəsarət alıb

15:37, 13.02.2025

Münhendə avtomobil bir qrup vətəndaşın üzərinə sürüb. Bild xəbər verir ki, nəticədə 15 nəfər xəsarət alıb.

Medinaın məlumatına görə, insident həmkarlar ittifaqlarından birinin təşkil etdiyi nümayiş zamanı baş verib və avtomobil nümayişçilərin üzərinə çırpılıb.

Yerli polis sözçüsü bildirib ki, hazırda polis əməliyyatı aparılır.

Sürücü hadisə yerində həbs edilib və hazırda vətəndaşlar üçün təhlükə yoxdur. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Oxşar