Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün Marko Rubionu aparan təyyarə texniki nasazlıq səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb
Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün ABŞ dövlət katibi Marko Rubionu aparan təyyarə texniki nasazlıq səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb. Bunu Dövlət Departamentinin sözçüsü Temmi Bryus deyib.
“Katib Almaniya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirmək niyyətindədir”. – deyə Dövlət Departamentinin sözçüsü bəyanat yayıb.
Texniki nasazlıq ön şüşədəki çatla bağlı olub, bu səbəbdən ekipaj havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra geri qayıtmaq qərarına gəlib.
Rubionun cümə günü ABŞ vitse-prezidenti CeyDi Vinse ilə görüşməyi planlaşdırdığı Münhen konfransı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə bilməyəcəyi hələlik məlum deyil. CeyDi Vinse artıq Münhendədir.