Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Maka Boçorişvili görüşlər keçirir
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili həmkar nazirlərlə və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərini davam etdirir.
“Mən bir sıra həmkarlarla danışmaq və görüşlər keçirmək imkanı əldə etdim. Şüvətsariya Xarici İşlər Naziri ilə görüşüm oldu. Bilirsiniz ki, Şüvətsariya ATƏT-in sədr ölkəsidir. Biz Gürcüstanda mövcud vəziyyət və regiondakı vəziyyət barədə danışdıq. ATƏT-in gündəliyində Gürcüstanın təhlükəsizlik çağırışları kontekstində yer alması bizim üçün önəmlidir,” – deyə Maka Boçorişvili bildirib.
Nazir həmçinin Orta Dəhliz məsələləri ilə bağlı keçirilmiş panel müzakirəsini də dəyərləndirib. Bu müzakirədə o, Azərbaycan həmkarı Ceyhun Bayramov ilə birgə iştirak edib.
“Bu, çox vacib platformadır, çünki Avropanın təhlükəsizlik məsələlərinin kontekstində Orta Dəhlizin inkişafı müzakirə olunur və bu kontekstdə Gürcüstanın rolu, ölkəmizin təhlükəsizliyin qorunmasına verdiyi töhfə nəzərdən keçirilir. Biz Orta Dəhlizdən, onun inkişafından və ölkəmizdəki potensialdan danışırıq,” – deyə nazir qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, konfrans çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş də nəzərdə tutulub.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.