Mumbayda Tayvanın konsulluğunun açılmasından sonra Çin Hindistanı Tayvan məsələlərinə ehtiyatla yanaşmağa çağırır
Mumbayda Tayvanın konsulluğunun açılmasından sonra Çin Hindistanı Tayvan məsələlərinə ehtiyatla yanaşmağa çağırır. Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nininin bəyanatına əsasən, Çin Tayvan və onun diplomatik əlaqələrinin olduğu istənilən ölkə arasında rəsmi təmasların istənilən formasına qəti qarşı çıxır.
Çinin Xarici İşlər Nazirliyində bildirirlər ki, Vahid Çin prinsipi Hindistan tərəfindən götürülmüş ciddi siyasi öhdəlikdir və Çin-Hindistan münasibətlərinin siyasi əsasıdır.
“Çin Hindistanı öhdəliklərini ciddi şəkildə yerinə yetirməyə, Tayvanla bağlı məsələlərə diqqətlə və lazımi qaydada yanaşmağa və Çin-Hindistan münasibətlərinin yaxşılaşmasına müdaxiləni aradan qaldırmaq üçün Tayvan regionu ilə hər hansı rəsmi mübadilə aparmamağa çağırır” – Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.