Muxrovani bazasında fərdi mühafizə və snayper hazırlığı kursları başa çatıb
Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının mayor Gela Çedia adına təlim mərkəzində fərdi mühafizə və snayper hazırlığı kursları birgə başa çatıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə Milli Qvardiyanın şəxsi heyəti də cəlb olunub.
“Xüsusi əməliyyatların komandiri, polkovnik Teymuraz Klateişvili hərbi heyəti çətin və vacib kursları uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Kursları təhlükəsiz və yüksək səviyyədə keçirdiklərinə görə müəllimlərə təşəkkürünü bildirib. İştirakçılara sertifikatlar və xüsusi hazırlanmış döş nişanları təqdim olunub.
Muxrovani bazasında Xüsusi Əməliyyat Komandanlığının əsgərləri Milli Qvardiyanın şəxsi heyəti ilə birgə nümunəvi təlim keçirib. Simulyasiya edilmiş ssenari üzrə təlimdə mühüm obyektin mühafizəsinin təmin edilməsi üzrə tapşırıqlar yerinə yetirilib”. – Nazirliyin məlumatında qeyd olunur.