Muxianinin bağ evlərinin bərpa olunan küçələrində ictimai nəqliyyatın yeni marşrutları fəaliyyətə başlayacaq
Qldani rayonunda Muxianinin bağ evlərinin müəyyən küçələrində bərpa işləri başa çatdırılıb, bundan sonra da yaşayış məntəqəsində ictimai nəqliyyatın marşrutlarının tam şəkildə fəaliyyətə başlaması mümkün olub. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Paytaxt meriyasının məlumatına əsasən, yeni marşrut avqustun 23-dən fəaliyyətə başlayacaq.
“Avqustun 23-dən bərpa olunan küçələrdə mikroavtobuslar aşağıdakı marşrutlar üzrə hərəkət edəcəklər:
№467 – Nekresi, Daisi və Borcomi küçələrinin sakinlərinə xidmət göstərəcək və “Axmeteli Teatrı” metro stansiyasına bitişik ərazi, konkret olaraq, Qobronidze küçəsi ilə birləşdirəcək;
№499 – sərnişinləri Quria, İakobi, Tacari və Borcomi küçələrindən “Axmeteli Teatrı” yaxınlığına, Qobronidze küçəsinə aparacaq. Qeyd olunan mikroavtobus bərpadan sonra Raca küçəsinin əhalisinə də xidmət göstərəcək;
Hazırda Sazano, 26 May və Znakvi küçələrinə Vardisubani küçəsinin kəsişməsinə qədər xidmət göstərən 461 nömrəli marşrut yeni sxem ilə Vardisubani küçəsinin sonuna qədər davam edəcək;
500 nömrəli marşrut Marat Nozadze, Qamarcveba, Quria və Qremi küçələrinə İakobi küçəsinin kəsişməsinə qədər xidmət göstərəcək və sərnişinləri “Axmeteli Teatrı” metro stansiyasına bitişik ərazi, Qobronidze küçəsi ilə birləşdirəcək.
Yeni marşrutların fəaliyyətə başlaması ilə yerli sakinlər əsas nəqliyyat qovşağına qoşula və ictimai nəqliyyat şəbəkəsindən daha asan, tez və rahat istifadə edə biləcəklər” – meriyanın məlumatında qeyd olunub.